Şənbə , May 16 2026
azfa

Rejimin müstəmləkə siyasəti nəticəsində Qərbi Azərbaycanda işsizlər ordusu yaranıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın qərb hissəsində on minlərlə ali təhsilli işsiz var. Əyalətdə ali təhsilli insanlardan ibarət işsizlər ordusu yaranıb.

Bu sözləri İranın Qərbi Azərbaycan vilayətinin Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin rəisi Rza Nağızadə deyib. O, cari ildə Qərbi Azərbaycanda işsizlik səviyyəsinin 14.9 faiz olduğunu bildirib.

“Rəsmi statistik məlumata görə, 2016-cı ildə əyalətdə 32000 ali təhsilli şəxs işsiz olub, hazırda isə işsizlik səviyyəsi 14.9 faizdir. Qərbi Azərbaycan əyaləti işsizlik səviyyəsinə görə ölkə əyalətləri arasında 17-ci yerdədir”.

Rza Nağızadə işsizlik faizinin azaldılması yönündə də öz təklifini irəli sürüb:

“Qərbi Azərbaycanda ümumilikdə 45 işədüzəltmə mərkəzi var, onlardan 41-i daxili, 4-ü isə xarici ölkələrdə işlə bağlı fəaliyyət göstərir. İşədüzəltmə mərkəzlərindən 11-i Urmiya şəhərində yerləşir. Universitetlərdə tələbələr üçün peşə fəaliyyəti xidmətlərinin təşkili, təhsil müəssisələrində müxtəlif ixtisasların tətbiq edilməsi, universitet məzunlarına minimum faizlə kredit verilməsi, sığorta və vergi güzəştləri, bacarıqlarını artırmaq üçün kurslar təşkil etmək və s. kimi yollarla ali təhsilli insanlar arasında işsizliyi azaltmaq mümkündür”.

 

Həmçinin yoxlayın

Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılması üçün girov yeni ittihamla ağırlaşdırılıb

GADTB: Azərbaycanlı milli-siyasi fəal Vahid Əbhəriyə qarşı Təbriz Ümumi və İnqilab Prokurorluğunun 3-cü istintaq şöbəsində …

Molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir

GADTB: İrqçi fars-molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir. Bu məqsədlə …

Bir cavab yazın