Şənbə , May 16 2026
azfa

Reuters: İranın nüvə silahı hazırlamaq üçün lazım olan müddət dəyişməyib

GADTB: Reuters agentliyinin yaydığı məlumata görə, ABŞ kəşfiyyat qurumlarının qiymətləndirmələri İranın nüvə silahı hazırlamaq üçün tələb olunan vaxtın ötən yaydan bəri dəyişmədiyini göstərir.

Məlumatda qeyd olunur ki, daha əvvəl İsrail və ABŞ-ın ötən yay həyata keçirdiyi hücumların İranın nüvə proqramını təxminən bir il geri saldığı iddia edilirdi. Lakin son qiymətləndirmələrə əsasən, bu müharibədən sonra proqramın ümumi vəziyyətində ciddi dəyişiklik baş verməyib.

Reuters üç məlumatlı mənbəyə istinadən bildirir ki, ABŞ kəşfiyyat orqanları 12 günlük müharibədən əvvəl belə nəticəyə gəliblər ki, İran kifayət qədər zənginləşdirilmiş uran istehsal edərək təxminən 3–6 ay ərzində nüvə bombası hazırlaya bilər.

Hesabatda vurğulanır ki, İranın nüvə proqramına əhəmiyyətli zərbə vurmaq üçün yüksək zənginləşdirilmiş uran ehtiyatlarının aradan qaldırılması əsas şərt hesab olunur.

Həmçinin yoxlayın

Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılması üçün girov yeni ittihamla ağırlaşdırılıb

GADTB: Azərbaycanlı milli-siyasi fəal Vahid Əbhəriyə qarşı Təbriz Ümumi və İnqilab Prokurorluğunun 3-cü istintaq şöbəsində …

Molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir

GADTB: İrqçi fars-molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir. Bu məqsədlə …