Bazar , Sentyabr 6 2026
azfa

Rusiya molla rejiminə səsdən sürətli qanadlı raketlərin hazırlanmasında gizli şəkildə yardım edib

GADTB: Rusiya bir neçə il ərzində İrana qabaqcıl səsdən sürətli qanadlı raketlərin hazırlanmasında gizli şəkildə yardım edib. Bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Məlumata görə, “C430L” kod adlı proqram 2023-cü ildə başlayıb və 2026-cı ilə qədər davam edib. Proqram çərçivəsində İran üçün raketlərdə istifadə olunan birbaşa axınlı hava-reaktiv (ramjet) mühərrikin hazırlanmasına dəstək göstərilib. Ekspertlər belə texnologiyanın gəmi əleyhinə və yerüstü hədəfləri məhv edən qanadlı raketlərin yaradılmasında istifadə oluna biləcəyini bildirirlər.

Qeyd edilib ki, layihənin təşkilində “Rosoboroneksport” və “NPO Maşinostroyeniya” iştirak edib. Rusiya mütəxəssisləri İrana səfər edərək mühərrik sınaqlarını izləyib və texniki problemlərin aradan qaldırılmasına kömək ediblər.

Həmçinin yoxlayın

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …