Şənbə , Oktyabr 16 2021
azfa

Şəhər Qıpçakları – Albanlar

GADTB: Məlum olduğu kimi Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi və qədim türk yurdudur. Bu yurdun tarixində orta əsrlərdə ən fəal türk tayfalarından olan qıpçaqlar dərin iz buraxıblar. Bu izlərə istər bölgədə qorunub saxlanılan tarixi abidələrdə, istər tədqiq etdiyimiz dövrün tarixinə dair müxtəlif dilli mənbələrdə, istər yer-yurd adlarında, istərsə də xalqın yaddaşında rast gəlinir. Qarabağda bu gün qəsdən dolaşıq vəziyyətə salınan alban tarixi qıpçaq tayfalarının Azərbaycanın bu qədim torpağındakı tarixi ilə paralel şəkildə tədqiq olunarsa bütün suallara asanlıqla cavab tapmaq olar. Alban-Xaçın knyazlığının bugünkü Gürcüstan hüdudlarında tarixən yaşamış olan qıpçaqlarla qohumluq əlaqələri, Qarabağdakı alban kilsələrinin kitabələrində qorunub saxlanılan şəxs adları, Azərbaycan Səfəvilər dövləti dövründə otuzuikilər adlanan tayfa birliyinin tərkibindəki qıpçaq mənşəli 8 oymağı, alban məliklərinin 1723-cü ildə Rusiya imperatoru I Pyotra məktubunda öz əksini tapan alban türkü ifadəsi və başqa bu kimi faktların ümumi şəkildə tədqiq olunması Qarabağda alban-qıpçaq tarixinə şahidlik edir.

Qıpçaq türkləri Azərbaycanın tarixində dərin izlər qoymuş ən fəal türk tayfalarından biridir. Azərbaycan xalqının təşəkkülü prosesində müəyyən qədər onlar da iştirak etmişlər. Qıpçaq türklərinin izlərinə nəinki Azərbaycan xalqının milli-mənəvi sərvəti olan “Kitabi-Dədə Qorqud” dastanlarında, tarixi Azərbaycan torpaqlarının yer-yurd adlarında, yazılı mənbələrdə, hətta Qarabağdakı alban kilsələrinin kitabələrində rast gəlinir. Xüsusilə, Qarabağdakı alban kilsələrinin sahibləri hətta 1723-cü ilin martında Rusiya imperatoru I Pyotra məktublarında belə özünü fərqləndirmək üçün islamı qəbul edənləri alban türkü, qəbul etməyənləri xristian albanlar adlandırmaqla əslində türk kökünə bağlılığını bir daha təsdiq etmişdilər. Lakin xristianlığı qəbul edən albanların zamanla qriqoryanlaş- ması və nəhayət 1836-cı ilin 11 martında Alban kilsəsinin ləğvi albanların türk-qıpçaq yaddaşının silinməsi prosesini daha da sürətləndirmişdir. 10 fevral 1828-ci il Türkmənçay, 14 sentyabr 1829-cu il Ədirnə müqaviləsinin imzalanması ilə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarında

məskunlaşdırılması, 21 mart 1828-ci ildə Erməni vilayətinin yaradılması belə bu

həqiqəti dəyişə bilmədi. Xüsusilə Azərbaycanın tarixi ərazisi olan Qarabağda Ermənilər tərəfindən dəfələrlə saxtalaşdırılmaya məruz qalan xristian irsimizə aid alban kilsələri bu həqiqəti özündə yaşadaraq bugünlərə qədər gətirib çıxartdı.

Azərbaycan tarixində qıpçaqlar Azərbaycan ən qədim zamanlardan başlayaraq, bütün tarixi dövrlərdə ümumtürk məkanın mühüm tərkib hissəsi – qədim oğuz yurdu, Azərbaycan xalqı isə bu diyarın ən qədim yerli (aborigen) əhalisi olmuşdur. Böyük Azərbaycan hökmdarı, məşhur oğuz-türk sərkərdəsi Ağqoyunlu Həsən Sahibqıranın (1453-1478) tapşırığı ilə yazılmış Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin “Kitabi Diyarbəkriyyə” əsərindən də məlum olur ki, Azərbaycan ən qədim oğuz-türk məskənlərindən biridir. Qədim oğuzlar, o cümlədən Oğuz xaqanın özü, xanlar xanı Bayandur xaqan, həmçinin sonrakı dövrlərin məşhur oğuz-türk sərkərdələri, hətta Qıpçaq xanın özü də Azərbaycanda yaşamış və burada dəfn olunmuşlar. 2 Əsərdə “Qarabağ Bayandur xanın qışlağı, Göyçə dənizi yaylağı”, Göyçə dəniz tərəfdə Oğuz xaqanın dəfn edilməsi, Qıpçaq xanın Ağqoyunlu Həsən Sahibqıranın nəsil şəcərəsində 16-cı şəxs olması kimi maraqlı faktlar qeyd olunub.

Ramin Əlizadə,

Tarixçi Alim.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …