Cümə , Dekabr 27 2024
azfa

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına hucumlara baxmayaraq Azərbaycan türkləri həmin tamaşanı coşqu ilə qarşıladılar.

Təbrizdə nəşr olunan “Azərəncümən” bununla bağlı yazıb: “Səttar xan tamaşası cəmiyyətin bütün təbəqələrini teatra cəlb edib və onlar Azərbaycan tarixinin qürurverici bir hissəsindən bəhs edən bu əsərə baxmaq üçün Təbrizdən, eləcə də Azərbaycanın müxtəlif şəhərlərindən gəlirlər. İnsanların böyük marağını nəzərə alaraq bu tamaşa 27 dekabr cümə günü iki seansda nümayiş olunacaq.

İnsanların tamaşaya marağı o qədər çox olub ki, tamaşa hələ səhnəyə qoyulmamışdan bilet satışları 1 milyard tüməni keçib.

Qeyd edək ki, türkcə səhnələşdirilən “Səttar xan” tamaşasının rejissoru Yaqub Sadiq Camali, prodüseri Əli Məratebidir. Azərbaycan musiqi və mahnılarından istifadə edilən bu tamaşa Səttar xanın həyat və mübarizələrinin epik və füsunkar hekayəsini, Azərbaycanın qürurlu tarixi əks etdirir.

Bu böyük tamaşa 300 nəfər sənətçinin iştirakı ilə səhnələşdirilir.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı Fransaya xəbərdarlıq etdi

GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Fransaya məxsus döyüş təyyarəsinin Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanını …