Cümə , İyun 12 2026
azfa

Sayın Mikayil bəy Oyta türkiyəli millət vəkili sayın Serkan Bayramla görüşdə-Şəkil

GADTB: Avstraliya Azərbaycan Assosiasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta Sidneyə gələn türkiyəli millət vəkili sayın Serkan Bayramla görüşə qatılıb.

Sayın Mikayil bəy görüş barədə öz təəssüratını bölüşərkən deyib: Avstraliya səfəri zamanı Sidney şəhərində baş tutan görüşümüzdən böyük məmnunluq duyduq. Onun həyat hekayəsini əks etdirən filmin Sidneydə nümayişi tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.

Serkan bəyin həyat yolu əzm, iradə və mübarizənin ən gözəl nümunələrindən biridir. Qarşılaşdığı çətinliklərə baxmayaraq geri çəkilmədən Türkiyədə böyük uğurlar əldə etməsi və dövlət səviyyəsinə qədər yüksəlməsi bir çox insan üçün ilham mənbəyidir.

Xüsusilə fiziki məhdudiyyətlə yaşayan insanlara verdiyi ümid, güc və motivasiya cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Sidneydə hörmətli Serkan bəylə keçirilən bu görüş Azərbaycan və Türk icması üçün unudulmaz və dəyərli bir an oldu.

Görüşlə bağlı şəkil və videolar:

https://t.me/GADTB1/52856

Həmçinin yoxlayın

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …