Sepah Kürdüstan Demokratik Partiyasına aid düşərgəni vurdu: 9 nəfər öldü, baş katib yaralandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sepah İraqın Erbil vilayətindən fəaliyyət göstərən İran-Kürdüstan Demokratik Partiyasına (İKDP) aid bir düşərgəsini bombalayıb. Yerli medianın mətbuatına görə, Erbil şəhərinə bağlı Koysancak mahalında İKDP düşərgəsində toplantı keçirilən zaman, İran tərəfindən raket atılıb.

Hücumda, İKDP hərbi qanadından olan 9 adam ölüb. İran Kürdüstan Demokrat Partiyasının (HDK) baş katibi Mustafa Mevludinin aralarında olduğu 30 adam ağır yaralanıb.

Xatırladaq ki, sentyabrın 7-də İranın Bəsrədəki Baş konsulluğunun binasının qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar konsulluğa hücum edərək binanı yandırıblar.

İran hökuməti hadisəni İran-Kürdüstan Demokratik Partiyasının üzvləri tərəfindən törətdiyini bilərək, düşərgəni bombalayıb.

Bu gün İranın Xarici İşlər Nazirliyi Bəsrədəki Baş konsulluqda ötən gün baş verən yanğınla bağlı İraq səfirini çağırıb və ona nota təqdim etmişdi.

 

 

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarov “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın