Cümə , İyun 12 2026
azfa

Stiven Mnuçin: İrandan neft idxal edən ölkələrə güzəştlər asan olmayacaq

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib ki, İrandan neft idxal edən ölkələrə güzəştlər asan olmayacaq.

O bildirib ki, İrandan neft idxal edən ölkələrin ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarından azad olmaları Obama administrasiyası dövründəkindən daha çətin olacaq.

İrana qarşı tətbiq olunacaq sanksiyalardan ötəri neftin qiymətinin artacağı ilə əlaqədar narahatlıqların əsassız olduğunu deyən S.Mnuçin qeyd edib: “Bazar İranın neft ixracındakı azalmanı hazırkı qiymətə əks etdirir. Neftin qiyməti artmaqdadır. Fikrimcə, neft bazarı İranın tədarükündəki azalmanı nəzərə alır”.

Nazir noyabrda İranın neft ixracının tamamilə dayanacağını gözləmədiklərini, lakin gec-tez ixracın sıfıra enəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

Həmçinin yoxlayın

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …

Bir cavab yazın