Çərşənbə , İyun 18 2025
azfa

Süngün Misi Futsal Komandası qalib gəldi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Süngün Misi Futsal Komandası Əhvaz şəhərində sentyabrın 30-da “Həffari” komandasına qalib gəlib.

Güney Azərbaycanın Süngün Misi Futsal komandası 5-1 hesabı ilə qalib gəlib.

Keçirilmiş oyun Süngün Misi Futsal komandasının təxirə düşmüş 3 oyunundan biri idi. Süngün Misi Futsal komandası Asiya qitəsində keçirilən futsal müsabiqələrində İranı təmsil edib. Lakin müsabiqələrin ilkin mərhələsində məğlubiyyətə uğrayaraq erkən qayıtmaq məcburiyyətində qalıb.

Bu müddətdə komandanın 3 oyunu təxirə düşüb. Müsabiqələrdən sonra komandanın baş məşqçisi dəyişdirilib və komanda təxirə düşən oyunlarının birincisini qalibiyyətlə başlayıb.

Həmçinin yoxlayın

Tramp: Xameneinin harda gizləndiyini bilirik, lakin hələlik öldürmürük

GADTB: ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb ki, Xameneinin harda gizləndiyini bilirik, lakin hələlik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də “İranda iğtişaşlar başladı – Xalq ayağa qalxdı” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Bir cavab yazın