Bazar , Noyabr 29 2026
azfa

Suriyada İranın hərbi bazalarını davamlı vuran İsrail bu ölkənin Suriyadan çıxmaqda olduğunu deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail ordusu, terrorçu sepahın Qüds qüvvələrinin İranda iqtisadi böhran, artan ictimai narazılıq və koronavirusun yayılmasına görə Suriyadan geri çəkildiyini, ancaq bunu hissolunmaz şəkildə etdiyini bildirir.

İsrail rəsmisi cümə axşamı günü jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Qüds qüvvələrinin Suriyadan hiss olunmayacaq şəkildə geri çəkildiyini bildirib.

O deyib: “Suriyadan getdikcə uzaqlaşaraq bir yerdən başqasına geri çəkilir və etdiyi hər bir hərəkət zamanı isə qüvvələrinin sayını azaldır”.

İsrailin ordusu rəsmisinin sözlərinə görə, bu hərəkətlərin həcmi böyük deyil və gözə gəlmir, ancaq eyni zamanda danılmazdır.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …

Bir cavab yazın