Çərşənbə , Aprel 15 2026
azfa

Təbrizdə XX Aşıq Musiqisi Konfransı keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizin İnqilab Kinoteatrında XX Aşıq Musiqisi və ədəbiyyatı Konfransı keçirilib.

Konfransda aşıq Səxavət Kərim, aşıq Abbas Məhəmmədi, aşıq Əsğər Rəşidi, aşıq Bulut Dehqan, aşıq Ərsəlan Zarei və aşıq Yaşar Hadi (Nocəvan) aşıq musiqisini ifa ediblər.

Həmçinin konfransda aşıq Ayət Qənbəri, aşıq Çingiz Biriya, aşıq Əbüləli İsgəndəri və aşıq Məhbub Əsğəri xor aşıq musiqisi ifa ediblər. XX Aşıq Musiqisi Konfransının çıxış edəni aşıq Rəhim Nəzəri, konfransın icraçısı isə Alışıq təxəllüslü dr. Məhəmməd İbadi idi.

Konfransda həmçinin aşıq musiqisi ustadı aşıq Əvəz İbadpurun yubleyi keçirilib, onun sənəti yüksək qiymətləndirilib.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …

Bir cavab yazın