“Təbrizin sehrli nağılları” kitabının müəllifi vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, professor, “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə vəfat edib. Bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.

Qeyd edək ki, C.Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ.Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi idi, 1983-cü ildən N.Tusi adına pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyib.

1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi.

1983-cü ildə SSRİ-ı toplularında XVI əsr Təbriz miniatür boyakarlığı” adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə “XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. C.Həsənzadə “Müxtəsər incəsənt tarixi” (1999), “Təbriz məktəbinin XIII əsrin axırı -XV əsrin əvvəllərində yaranması və inkişafı” monoqrafiyasının (1999) və “Тебризская школа в контексте мусульманской миниатюрной живописи” (XIV – I половина XVI вв.), “Təbrizin solmaz boyaları: XIV-XVI əsr Azərbaycan miniatür boyakarlıq” kitablarının müəllifidir.

“Təbrizin sehrli nağılları” kitabı dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr olunub. Azərbaycanın tətbiqi sənətinə geniş yer verildiyi kitab tariximizi, mədəniyyətimizi dünyada tanıtdırmaq baxımından atılan növbəti uğurlu nəşrlərdən biri kimi qiymətləndirilir.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …