Təbrizin Tibb Elmləri Universitetində İranın qadın zorakılığına qarşı etiraz aksiyası keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Tibb Elmləri Universitetində İranın qadın zorakılığına qarşı etiraz aksiyası keçirildi.

Azərbaycanlı öyrəncilər Məhsa Əmininin İranın əxlaq polisi tərəfindən döyülərək öldürülməsi ilə bağlı rejimin qadın zorakılığına qarşı etiraz ediblər.

Azərbaycanlı öyrəncilər səhər saatlarından başlayaraq, İran hökumətinin qadınlara qarşı qəddarlığını pisləyib, Məhsa Əmininin öldürülməsinin buna bir nümunə olduğunu bildirib və rejimə öz etirazlarını bildiriblər.

Azərbaycanlı öyrəncilər üzərində “Qadın cinayətləri siyasidir” şüarı yazmaqla rejimin qadınlara qarşı cinayətlərinin siyasi olduğuna təkid ediblər.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …