Cümə axşamı , Sentyabr 24 2026
azfa

Təbrizdə tarixi məzarlıqların dağıdılmasına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz Şəhərində qazıntılar zamanı Təbrizin tarixi ərazisi və tarixi məzarlığın aşkarlanaraq dağıdılmasına Təbrizin Şəhər Şurası üzvü Qulamhüseyn Məsudi Reyhan etiraz edib.

O Təbriz şəhərinin Gülüstan Bağı tarixi ərazisində aparılan metro qazıntıları zamanı tarixi məzarların ortaya çıxması və dağıdılması ilə bağlı Turizm və Mədəni İrs Təşkilatının açıqlama verməsini istəyib.

Məsudi Reyhan bildirib ki, Təbrizin tarixi qəbiristanlıqları ilk dəfə Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra dağıdılaraq, şəhərin min illik tarixi üzərinə qaranlıq pərdə çəkildi: “Başqa şəhərlərdə tarixi qəbiristanlıqlar turistik məkanlara çevrildi. Lakin Təbrizdə dağıdıldı”.

Şərqi Azərbaycan əyalətinin Turizm və Mədəni İrs Təşkilatının arxeologiya şöbəsinin rəhbəri Hüseyn İsmayili isə sümüklərin aşkar edildiyi məntəqəyə ekspertlərin göndərildiyini iddia edərək deyib: “Metro stansiyasının tikilməsi ilə bağlı qazıntı aparılan ərazi tarixi Gəcil məzarlığının bir hissəsidir. Bu məzarlıqdan İslamiın ilk əsrlərindən Qacarlar dövrünədək istifadə edilmişdi. Qazıntılarda aşkarlanan sümüklərin həmin tarixi məzarlıqların olduğunu ehtimal edilir”.

Qeyd edək ki, Gülüstan Bağı ərazisində metro stansiyanın tikintisi ilə bağlı aparılan qazıntı zamanı Təbrizin tarixi “Məqbərətülürəfa (ariflər məqbərəsi)” və ya Gəcil qəbiristanlığında dəfnlərin sümükləri aşkar edilib.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Bir cavab yazın