GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Taliban hökumətinin İnformasiya və Mədəniyyət nazirinin gənclərlə iş üzrə müavini Qari Məhəmməd Yunus Raşed Əfqanıstanın Bamyan əyalətinin gəncləri ilə görüşdə deyib: “Cavanlar qabaqcıl döyüş alətləri hazırlaya biləcəyimiz sahə və peşələri öyrənməlidirlər”.
Onun sözlərinə görə, universitetlərdə fars dili və ədəbiyyatının tədrisi əhəmiyyətsizdir.
O, 2021-ci ilin avqustunda Talibanın Əfqanıstanda hakimiyyəti bərpa etdikdən sonra dövlət idarələrində işlənən dəri-farscasında bütün lövhələrin yığışdırılaraq puştu lövhələri ilə əvəz edildiyini vurğulayıb.
Qeyd edək ki, Taliban hökuməti son zamanalarda ölkədə fars dilində olan bir sıra park və universitetlərin də adlarını dəyişib.