Çərşənbə , Aprel 22 2026
azfa

Tanınmış azərbaycanlı şair Həsən Riyazi- İldırım vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın tanınmış simalarından biri, şair Həsən Riyazi -İldırım avqustun 19-da vəfat edib.

1958-ci ildə Sarabın Camalabad kəndində doğulan Həsən Riyazi ilk və orta təhsilini Heris, Mehriban və Təbrizdə alıb. Sonra təhsilini Tehran Tibb Universitetində davam etdirib.

1975-ci ildə ədəbi fəaliyyətə başlayan Həsən Riyazi -İldırım Tehranda türk dilində keçirilən bir neçə ədəbi dərnəyin qurucusu olub.

Çoxsaylı şeir və ədəbi-ictimai məqalələrin müəllifi olan Həsən Riyazi -İldırım dünya ədəbiyyatının seçilmış nümunələrini də dilimizə tərcümə edib.

İldırım həmçinin 2003-cü ildən türk və fars dillərində buraxılan “Azəri” ədəbi dərgisinin baş redaktoru olub.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …