Cümə axşamı , İyun 25 2026
azfa

Tehranda etiraz edən öyrəncilər İran bayrağını yandırdılar – Video

GADTB: İranda bir sıra universitetlərində öyrəncilər ardıcıl üçüncü gündür ki, etiraz aksiyaları keçirirlər.

Tehran, Əmirkəbir və Əl-Zəhra universitetlərində tələbələr İslam Respublikasının bayrağını yandırıb, bəziləri isə onu əlləri ilə parçalayaraq etirazlarını göstəriblər.

Etirazlar zamanı yarıhərbi radikal “Bəsic” qüvvələri aksiyalara müdaxilə etməyə çalışsa da, tələbələr onları “şərəfsiz” adlandıraraq etirazlarını davam etdiriblər.

Gərginlik sosial mediada da geniş əks-səda tapıb, öyrəncilərin aksiyaları ölkədə və beynəlxalq aləmdə diqqət mərkəzinə çevrilib.

https://t.me/GADTB1/48907

Həmçinin yoxlayın

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

SEPAH bildirir ki, Oman tərəfindən təklif olunan marşrut qəbuledilməz və təhlükəlidir

GADTB: İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi yalnız İranın …