Bazar ertəsi , İyul 7 2025
azfa

Tehranın Evin zindanında azərbaycanlı alim Əhmədrza Calalinin müalicəsinə imkan verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan və saxta ittihamla edama məhkum edilən azərbaycanlı alim prof. Əhmədrza Calalinin bir çox xəstəlikdən əziyyət çəkdiyi, halda onun xəstəxanada müalicə almasına icazə verilmir.

Qeyd edək ki, İsveç vətəndaşlığını qəbul edən azərbaycanlı alim Tehran məhkəməsi tərəfindən edama məhkum edilib, edam hökmü 2017-ci il dekabr ayında İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Alimin ailəsi onun malicəsi ilə bağlı 5 ay müxtəlif orqanlara müraciət etsə də, heç bir nəticə yoxdur. Hətta Avropa İttifaqı Parlamenti, beynəlxalq insan hüquqları təşkilatları və bəzi Avropa ölkələrinin bu haqda İrana xəbərdarlıq etməsi də İran məhkəməsinin mövqeyinə təsir etməyib.

Mətbuatda yayılan təbrizli alim İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edilib.

 

 

Həmçinin yoxlayın

Ərdoğan DEM Partiya heyəti ilə PKK-nın tərksilah edilməsini müzakirə edir

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada DEM Partiya heyətini qəbul edib. Görüşün gündəmində əsas …

İran Futbol Federasiyası “Traxtur” Klubuni cəzalanırıb

GADTB: İran Futbol Federasiyasının Apellyasiya Komissiyası yeni mövsümdə “Traxtur” komandasının Təbrizdə keçirilməsi planlaşdırılan oyununu ləğv …

Bir cavab yazın