Bazar ertəsi , Oktyabr 7 2024
azfa

Tikantəpənin kürd bələdiyyə başçısı oyun meydançasında PKK bayrağını yerə həkk edib –Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Divandərədən gətirilərək Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərinə bələdiyyə sədri təyin edilən kürd terror təşkilatlarının tərəfdarı Nasih Məhəmmədxani bu şəhərdə Pejakın simvollarını quraşdırandan sonra, indi də PKK terror təşkilatının bayrağını şəhərdə yerə həkk etdirib.

Nasih Məhəmmədxani terror təşkilatı PKK-nın bayrağının şəklini Tikantəpənin Millət Bağı bölgəsində uşaqlar üçün hazırlanmış oyun meydançasında yerə çəkdirib. Nasih Məhəmmədxani son dərəcə hayasızlıqla, həmin simvolun şəklini çəkərək şəhər bələdiyyəsinin rəsmi İnstagram səfihəsində paylaşıb. O şəklin üzərində layihənin birbaşa Nasih Məhəmmədxaninin göstərişi ilə icra edildiyi dərc edib.

Kürd terrorizmi tərərfarı olan Nasih Məhəmmədxani oktyabr ayında isə Pejak terror təşkilatının simvolları əks edilmiş dəf musiqi alətinin simvolunun hazırladıb, şəhərin Şərifabad küçəsində quraşdırmışdı. Şəhər əhalisinin etirazlarından sonra Pejak elementləri oradan çıxarılmışdı.

Lakin irqçi fars rejimin dəstəyini almış bu terrorçu terror elementlərinə öz şəhərdə etiraz edən azərbaycanlı gəncləri də həyasızcasına məhkəməyə vermişdir.

Kürdüstandan gətirilən Nasih Məhəmmədxaninin Tikantəpənin bələdiyyə başçısı təyin edilməsindən sonra şəhərdə yerli türklərlə mühacir kürdlər arasında gərginliklər yaratmışdır. Hətta dekabrın 20-də Nasih Məhəmmədxaninin tərəfdarları olan kürdlər yerli türk əhaliyə hücum etmiş və kütləvi daya salmışlar. Nəticədə əksəri Azərbaycan türkü olmaqa 116 nəfər polis tərəfindən saxlanmışdı.

.

Həmçinin yoxlayın

Azərbaycan torpaqlarında 30 il ərzində müharibə cinayətləri törədilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Müdafiə nazirinin müavini, Baş direktor Aqil Qurbanov …

Molla rejimin ballistik raketlərini gecə ilə daşıması videosu yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin terror təçkilatı olan Sepah bu …

Bir cavab yazın