Şənbə , Oktyabr 24 2026
azfa

Tramp 2 trilyon dollarlıq silahla hədələdiyi halda İran xalqdan oğurladığı pullarla yetişdirdiyi terrorçulara güvənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tramp irqçi fars rejimi 2 trilyon dollarlıq yeni silahları ilə hədələdiyi halda, irqşi fars rejim isə xalqdan oğurladığı pullarla İraqda, Suriyada, Əfğanıstanda, Yəməndə və s. ölkələrdə yetişdirdiyi terrorçulara güvənir.

ABŞ Prezidenti Donald Tramp İran hücum edəcəyi təqdirdə bu ölkəni 2 trilyon dollar xərc sayəsində başa gəlmiş yeni silahla vurmaqla hədələyib. D.Tramp bu barədə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Tramp ABŞ-ın digər ölkələrlə müqayisə olunmayacaq hərbi gücə malik olduğunu vurğulayıb: “Əgər İran ABŞ hərbi bazalarına, yaxud istənilən amerikalıya hücum etsə, biz tərəddüdsüz yeni hərbi texnikanı onlar tərəfə göndərəcəyik”.

Qeyd edək ki, ABŞ Prezidenti bundan əvvəl İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İranın terrorçu İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı terrorçubaşı Qasim Süleymani və İraqın İran tərəfindən yaradılan terrorçu “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın