Bazar ertəsi , May 11 2026
azfa

Tramp İranın Hörmüz boğazından keçidə görə ödəniş tələbinə sərt reaksiya verib

GADTB: ABŞ Prezidenti Donald Tramp İranı tankerlərin Hörmüz boğazından keçidi üçün ödəniş almamağa çağırıb.

Məəlumata görə, bu barədə o, “Truth Social” hesabında paylaşım edib.

“İranın Hörmüz boğazından keçən tankerlərdən ödəniş aldığına dair məlumatlar var. Ümid edirəm ki, bu belə deyil. Əgər doğrudursa, onlar bunu dərhal dayandırmalıdır”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt aprelin 8-də ABŞ-nin İranın boğazdan keçən gəmilərdən ödəniş almasına qarşı olduğunu bildirmişdi. Bununla yanaşı, Vaşinqton və Tehranın bu məsələdə birgə fəaliyyət imkanının növbəti iki həftə ərzində müzakirə olunacağı qeyd olunub.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …