Bazar , Sentyabr 6 2026
azfa

Türcə yazılmış il “İsgəndərnamə” əsəri Azərbaycana gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk dilində yazılmış ilk “İsgəndərnamə” əsəri Azərbaycana gətirilib.

AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Osmanlı şairi Tacəddin İbrahim Əhmədinin “İsgəndərnamə” poemasının surətini əldə edib. Səkkiz min beytdən artıq həcmdə olan bu əsər türkcə ilk “İsgəndərnamə”dir.

Qeyd edək ki, Əhmədi Osmanlı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindən sayılır. Şair bu əsəri miladi 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim edib.

 

Həmçinin yoxlayın

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …

Bir cavab yazın