Çərşənbə axşamı , May 19 2026
azfa

Türk ölkəsi Özbəkistan ABŞ-la 8,5 milyardlıq saziş imzaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Özbəkistan Prezidenti Şövkət Mirziyayev ABŞ-a səfər edib. Bu barədə informasiyanı UzA agentliyi yayıb. Mirziyayevi ABŞ Dövlət Departamentinin rəsmiləri qarşılayıblar. Onun ABŞ-da Donald Trampla görüşəcəyi vurğulanıb.

Qeyd edək ki, Mirziyayevin səfəri zamanı ABŞ-la Özbəkistan arasında 40 sənədin imzalanması nəzərdə tutulub. Razılaşmaların ümumi dəyərinin 8,5 milyard dollar olacağı bildirilib.

Bundan öncə Qazaxıstan lideri Nursultan Nazarbayev də ABŞ-a səfər edərək Donald Trampla görüşmüş və çoxsaylı müqavilələr imzalamışdı.

 

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın