Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türk PUA-ları Tripolini rus raketlərinin qəbiristanlığına çevirdi

GADTB-nin Mətbuat Mərkəzinin axar.az-a istinadən yaydığı məlumata görə, Türkiyə PUA-ları Liviyanın paytaxtı Tripolini rus raketi Pantsir-S1-lərin qəbiristanlığına çevirdi.

Bu barədə iranlı siyasi ekspert Məhəmməd Pərviz Bilqrami Türkiyə mətbuatına açıqlamasında deyib.

“BƏƏ Haftar muzdlularını çoxlu sayda Rusiya istehsalı Pantsir-S1 zenit raket kompleks sistemləri və Çinə məxus PUA-larla təmin edib. Belə bir dəstəyə baxmayaraq, Haftar heç bir uğur əldə edə bilmədi. Vatiyyə hərbi bazası və Tərhunə əməliyyatlarında Türkiyə PUA-ları Tripolini Pantsir-S1 qəbiristanlığına çevirdi”, – ekspert bildirib.

Qeyd edək ki, Liviyada hökumət qüvvələrinin Haftar üzərində uğur əldə etməsində Türkiyə PUA-larının rolu böyükdür.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın