Cümə axşamı , May 14 2026
azfa

Türkiyə BMT-yə BƏƏ-nin dünyada terrorçuları təchiz edib maliyələşdirməsi ilə bağlı çağırış etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə BMT Təhlükəsizlik Şurasını Orta Şərqdən Şimali Afrikaya qədər regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyi” səbəbindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) beynəlxalq hüquq və beynəlxalq humanitar qanuna riayət etmə məsuliyyətini xatırlatmağa çağırıb.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurası və BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanlayaraq, BƏƏ-nin bölgədəki demokratik hərəkətlərə mane olmağa və bölgədə hökm sürmə istiqamətindəki dağıdıcı siyasətlərinə diqqət çəkib.

BƏƏ-nin Yəməndə çox sayda insanın ölməsinə və yaralanmasına səbəb olduğunu, “milyonlarla insanı ac qoymağı müharibədə vasitə kimi işlətdiyini ifadə edən Sinirlioğlu BƏƏ-nin Yəməndəki hərdəkətlərinin müharibə cinayəti təşkil etdiyini bildirib.

BƏƏ-nin Yəmənə muzdlu əsgər göndərməsi, uşaq döyüşçülərdən istifadə etməsi və Əl-Qaidə ilə əlaqəli terror qruplaşmalarının maliyyələşdirilməsinin də BMT və digər beynəlxalq təşkilatlar tərəfindən sənədləşdirildiyini qeyd edən Feridun Sinirlioğlu BƏƏ-nin Liviyada da  BMT tərəfindən tanınan hökuməti devirməyə cəhd etdiyini vurğulayıb. Bundan başqa dinc vətəndaşları və mülki infrastrukturları bombalayaraq müharibə cinayətləri etdiyini, silah embarqosunu sistemli olaraq pozduğunu və Suriyadan, Sudandan və Çaddan Liviyaya muzdlu döyüşçülər göndərdiyini qeyd edib.

Sinirlioğlu BƏƏ-nin sudanlıları Liviyaya qarşı mübarizəyə məcbur edərək “beynəlxalq insan alveri” etdiyini diqqətə çatdırıb.

 BƏƏ-nin Qətərə 2017-ci ildə tətbiq etdiyi qanunsuz mühasirəsini, Somalidəki siyasi qeyri-sabitliyi alovlandırmasını  və Suriyadakı Əsəd rejimini dəstəklədiyini xatırladan Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasını Orta Şərqdən Şimali Afrikaya qədər regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyi” səbəbindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) beynəlxalq hüquq və beynəlxalq humanitar qanuna riayət etmə məsuliyyətini xatırlatmağa çağırıb.

Həmçinin yoxlayın

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …

Bir cavab yazın