Cümə axşamı , May 21 2026
azfa

Türkiyə ilk müşahidə peykini orbitə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ilk müşahidə peyki olan İMECE ABŞ-ın Kaliforniyadakı Vandenberq bazasından orbitə buraxıb. Bu barədə TRT telekanalı məlumat yayıb.

Buna qədər bir neçə dəfə təxirə salınmış raket buraxılışı “SpaceX” tərəfindən cümə günü yerli vaxtla saat 23:47-də həyata keçirilib.

Türkiyənin müdafiə naziri Hulusi Akar daha əvvəl TRT-də çıxışı zamanı peykin imkanlarından hərbi ehtiyaclar üçün fəal şəkildə istifadə edilməsinin planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, yüksək ayırdetmə qabiliyyətinə malik peyk təsvirlərinin istifadəsi sayəsində kəşfiyyat və döyüş nəzarəti tapşırıqlarının həlli imkanları artacaq.

İMECE Yerin müşahidə peykidir. O, 680 km yüksəklikdə günəşlə sinxron orbitə buraxılmalıdır. Qurğu yüksək ayırdetmə qabiliyyətinə malik təsvirləri qəbul edib ötürə biləcək ki, bundan da xüsusilə aqrar sektorda problemlərin həlli, eləcə də təbii fəlakətlərlə mübarizə və iqlim proseslərinin monitorinqində istifadə oluna bilər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan Milli Hərəkatının dörd fəalı Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti …