Cümə axşamı , İyul 10 2025
azfa

Türkiyə ilk yerli və milli peyki – Türksat 6A-nı kosmosa göndərəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilk yerli və milli peyk Türksat 6A-nın 2022-ci ildə kosmosa göndəriləcəyini bildirdi.

A.Karaismailoğlu TÜRKSAT-ın Ankaranın Gölbaşı rayonunda etdiyi çıxışında TÜRKSAT çalışmalarının uğurlu və fasiləsiz şəkildə davam etdirilərək peyk yayımında mühüm beynəlxalq yerə sahib olduğunu vurğulayıb.

Rabitə peyki TÜRKSAT 5A-nın 2020-ci ilin son, TÜRKSAT 5B-nin isə 2021-ci ilin ikinci rübündə kosmosa göndərilməsini planlaşdırdıqlarını söyləyən nazir ilk yerli və milli rabitə peyki TÜRKSAT 6A-nın 2022-ci ildə kosmosa göndəriləcəyinə diqqət çəkərək deyib: “TÜRKSAT 6A-nın kainata buraxılmasıyla Türkiyə dünyada kosmosa rabitə peyki göndərən 10 ölkədən biri olacaq”.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal haqqında 15 gündür heç bir məlumat yoxdur

GADTB: 15 gün öncə İrqçi fars-molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs etdiyi azərbaycanlı fəal Murtəza …

Britaniya Türkiyəyə “Tayfun” qırıcıları rəsmən təklif etdi

GADTB: Britaniya Türkiyəyə 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) çoxməqsədli döyüş qırıcılarını satmağı rəsmi olaraq təklif …

Bir cavab yazın