Çərşənbə axşamı , May 26 2026
azfa

Türkiyə ordusu Afrinin mərkəzinə doğru irəliləyir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” hərəkatı ilə bağlı hesabat xarakterli açıqlama yayıb. Ordu əməliyyatlar başlayandan bu vaxta qədər öldürülən terrorçu sayının 2940-a çatdığını açıqlayıb.

Ötən gün həyata keçirilən əməliyyatlardan sonra türk ordusunun Afrinin mərkəzinə bir az da yaxınlaşdığı bildirilib.

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrində PKK və şiə döyüşçülərin keçid nöqtəsi olan Tel Rıfat mərkəzinə doğru hücuma başlayıb. İlkin məlumatda Tel Rıfatın Katmə kəndinin YPG-dən təmizləndiyi bildirilib.

Qeyd edək ki, bu gün müttəfiq qüvvələr Afrində bir çox strateji kənd və qəsəbəni ələ keçirib.

Həmçinin yoxlayın

Trampın terrorçu İran rejimini xilas etdiyi söylənilir

GADTB: Trampın razılaşmasının İranın molla rejimini qurtarma xarakteri daşıdığı bildirilir. Bununla bağlı “The Wall Street …

Molla rejimi azərbaycanlı idman çempionunu edam etdi

GADTB: Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verib ki, Ərdəbil sakini MMA idmançısı …

Bir cavab yazın