Türkiyə ordusu PKK terror təşkilatının başçılarından birini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusu İraqın şimalında aparılan hərbi əməliyyat zamanı PKK liderlərindən birini məhv edib. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında PKK terror təşkilatının liderlərindən olan, “Dersim Malatya” kod adlı İzəddin İnanı öldürüblər. Terrorçu İraqın şimalındakı Duhok rayonunda aparılan əməliyyat nəticəsində məhv edilib”, – məlumatda qeyd olunub.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …