Cümə , Noyabr 14 2025
azfa

Türkiyə ordusu yeni əraziləri terrorçulardan təmizlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Darmık dağının ətəklərində yerləşən Əli Kar və Zara kəndlərini terrorçulardan azad edib. Bu barədə Türkiyə Silahlı Qüvvələri informasiya yayıb.

Məlumata görə, Əli Kar və Zara kəndlərinin azad edilməsi ilə Şimal cəbhəsində Şeyx Obasından Şinkala qədər olan ərazi birləşdirilib.

“Zeytun budağı” əməliyyatı çərçivəsində ağır itkilərə məruz qalan YPG terror qruplaşması yaralı terrorçuların həyatını xilas etmək üçün Kobanidə qan toplamağa çalışır.

Məlumata görə, Şanlıurfanın Suruç mahalının qarşısında yerləşən Kobanidə terrorçular tərəfindən qanvermə aksiyaları ilə bağlı edilən çağırışlar Türkiyənin sərhədyanı ərazilərində də eşidilib.

Həmçinin yoxlayın

Xameneyinin ölümü ABŞ və İsrail üçün molla rejimini dəyişmək imkanı yarada bilər

GADTB: “Jerusalem Post” qəzeti yazır ki, İranın ali rəhbəri Əli Xameneyinin ölümündən sonra ölkədə yaranacaq …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İran üçün həyəcan təbili – Tehran təxliyə edilir?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın