Türkiyə ordusundan Afrində yeni qələbə – 2059 terrorçunu məhv edildi

Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçu sayı 2059-a yüksəlib.

Bu arada isə Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində inamlı şəkildə irəliləməsi PKK-PYD terror qruplaşmasında daxili çəkişmələrə səbəb olub.

Axar.az xəbər verir ki, Afrin əməliyyatı başladıqdan sonra yaranan qruplaşmadaxili münaqişələrdə terrorçuların 30-dan çox nüfuzlu üzvü edam edilib.

Məlumata görə, Afrindəki məğlubiyyətin səbəbini elə Afrin qrupunda görən Qəndil qrupu artıq əraziyə yeni rəhbərlər göndərib. Terrorçuların liderlərindən sayılan Cəmil Bayık Raco bölgəsinə Hüseyn Qabarı, Cinderes üçün isə Mani Aqid adlı şəxsi rəhbər təyin edib.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Bir cavab yazın