Çərşənbə axşamı , Mart 10 2026
azfa

Türkiyə ordusundan qurtarmaq üçün PKK terrorçuları türk əsgəri geyimi geyindi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son günlər türk əsgərlərinin PKK-ya qarşı keçirdiyi uğurlu əməliyyatlar terror təşkilatını təşvişə salıb.

Uzun müddətdir axtarışda olan terrorçu liderlərin məhv edilməsi PKK rəhbərliyini və üzvlərini ciddi şəkildə narahat edib. Bunu terrorçuların öz aralarında baş tutan danışıqlarda da görmək olur.

Belə ki, terrorçulardan biri danışıqlar zamanı digərinə “yaralımız var, türk əsgəri hər yeri tutub, ölürük” deyib. Digər terrorçu da öz bölgələrində vəziyyətin buna bənzər olduğunu bildirib.

Ordunun əməliyyatlarından xilas olmaq istəyən PKK-çıların bölgədən qaça bilmək üçün türk əsgərlərinin hərbi geyiminə oxşar bir forma geyindikləri üzə çıxıb. Lakin bu hiylə də onları sarsıdıcı zərbədən xilas etməyib.

Əməliyyatlarda “Aras”, “Tariq”, “Kava”, “Sojer” kod adlı terrorçular məhv edilib.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın