Çərşənbə , Noyabr 29 2023
azfa

Türkiyə yeni milli helikopterini sınaqdan keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə T-625 adlı ilk milli çoxməqsədli helikopter hazırlanıb.

Helikopterin prototipi Türk Havacılık ve Uzay Sanayii AŞ (TUSAŞ/TAI) tərəfindən, Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə birgə hazırlanıb.

Növbəti mərhələdə helikopterin sistemləri sınaqdan keçiriləcək və o, ilk test uçuşlarına başlayacaq.

T-625 helikopterinin füzelyajı, ötürücü və rotor sistemi, şassi və avtopilotu TUSAŞ mühəndisləri tərəfindən hazırlanıb.

Türkiyədə çoxməqsədli ikimühərrikli helikopterin üzərində iş 2013-cü ildən aparılır.

TUSAŞ helikopterinin hazırlanmasına dair müqavilə 2013-cü ildə imzalanıb.

Helikopter təcili tibbi yardım briqadası, xilasetmə və yanğın əleyhinə əməliyyatlarda uğurla tətbiq oluna bilər.

Helikopterin heyəti iki nəfərdən ibarət olacaq. O, 12 nəfərdək sərnişini daşımaq üçün nəzərdə tutulub.

 

Həmçinin yoxlayın

Türkiyənin Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olunancaq

Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqaz və Zəngəzur dəhlizi ilə bağlı son …

Azərbaycanlı öyrənci məhbusun səs yazısı yayıldı: “4 gündür aclıq aksiyası keçirirəm”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərindən olan azərbaycanlı öyrənci məhbusun …

Bir cavab yazın