Çərşənbə axşamı , İyun 18 2024
azfa

Türkiyədə Akıncı “KGK” ilə ilk atış sınağı uğurla tamamladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Müdafiə Sənayesi Nazirliyi ilə həyata keçirilən AKINCI layihəsi çərçivəsində milli və orijinal olaraq “Baykar” tərəfindən hazırlanmış Bayraktar AKINCI (H/PUA) sursat inteqrasiyası prosesində daha bir mühüm mərhələni uğurla başa vurub.

İyunun 14-də Çorludan havaya qalxan Bayraktar AKINCI, “TÜBİTAK SAGE” tərəfindən hazırlanmış “KGK-SİHA-82” (Qanadlı Sükan Dəsti – S/PUA – 82) sursatı ilə dəniz sahillərində müəyyən edilən koordinat üçün həyata keçirilən ilk atış sınağını Sinop üzərində müvəffəqiyyətlə tamamlayıb.

AKINCI üzərində elektro-optik kamera və yerdə telemetriya antenaları, 340 kq ağırlığındakı, 30 km uzaqlıqda olan hədəfi yüksək dəqiqliklə vurub.

Bu yaxınlarda Roketsan tərəfindən hazırlanmış “Teber-82” ilə dəniz səthində hədəfə uğurlu atış sınağı həyata keçirən Bayraktar AKINCI milli aviasiya tariximizin hündürlük rekorduna da sahibdir. Belə ki, test uçuşlarına davam edən “Bayraktar AKINCI B TİHA”, 11 Mart 2022-ci il tarixindəki sınaq uçuşunda 40.170 fut yüksəkliyə qalxaraq aviasiya tariximizin yüksəklik rekordunu qırıb.

29 avqust 2021-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qatıldığı mərasimlə inventarlaşdırılan “Bayraktar AKINCI TİHA”lar hazırda təhlükəsizlik qüvvələrimiz tərəfindən əməliyyat vəzifələrində fəal şəkildə istifadə olunur. İndiyə qədər 6 “Bayraktar AKINCI TİHA” təhlükəsizlik qüvvələrinin inventarına girib.

Həmçinin “Bayraktar AKINCI TİHA” üçün 3 ölkə ilə ixrac müqaviləsi imzalanıb. Müqavilələr çərçivəsində “Bayraktar AKINCI TİHA” və yer sistemlərinin 2023-cü ildən etibarən dövri olaraq təhvil verilməsi gözlənilir.

İlk milli PUA ixracını 2012-ci ildə reallaşdıran “Baykar”, 2021-ci ildə 664 milyon dollarlıq S/PUA sisteminin ixracını tamamlayıb, gəlirlərinin 80%-dən çoxunu ixracatdan əldə edib. Milli “TİHA Bayraktar AKINCI” ilə maraqlanan bir çox ölkə ilə danışıqlar davam edir.

Həmçinin yoxlayın

Təbriz əhalisinin vergi pulu ilə alınan metro vaqonları İsfahana aparılıb

GADTB: Təbriz əhalinin vergi pulu ilə alınan Təbriz metrosu üçün alınan metro vaqonları İsfahan şəhərinə …

Sayın Sara xanım Azərsunun İranın azərbaycanlı fəalları ədalətsiz və qapalı mühakimə etməsi ilə bağlı Avstraliya rəsmilərinə müraciətinə cavab gəlib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və …