Türkiyənin S-400 alması NATO-nu qorxuya salıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin S-400 zenit raket kompleksləri alması NATO-nu ciddi şəkildə narahat edir.

Bunu jurnalistlərə açıqlamasında NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavel söyləyib. Onun sözlərinə görə, S-400 NATO texnologiyalarına uyğun gəlmir:

“Buna görə də Rusiya kompleksləri alyansın havadan müdafiə sisteminə inteqrasiya edilməyəcək, əksinə, ayrıca vahid kimi istifadə olunacaq. Əsas problem operativ informasiyalarla bağlıdır. Belə ki, NATO-ya aid olan informasiyalar Rusiyanın sistemlərində qalacaq. Digər tərəfdən S-400-ün istifadəsi üçün müəyyən hazırlıq lazımdır. Buna görə də rusiyalı mütəxəssislər Türkiyəyə gələcək. Bu ekspertlər mühüm kəşfiyyat məlumatlarına giriş əldə edə bilərlər. Bu isə sonda Rusiya hökumətinə təqdim edilə bilər”.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın