Çərşənbə axşamı , May 19 2026
azfa

Türkiyənin yeni hədəf dronunun gəlməkdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Aviasiya və Kosmos Sənayesi Şirkəti (TUSAŞ) yeni “Supersonik” hədəf dronunun prototipini təqdim edib. Bu barədə “A Haber” məlumat yayıb.

Yeni hədəf dronu bir sıra xüsusiyyətlə malik olacaq. Dron elektron hücum, elektron dəstək, hədəf təyyarə və saxta hədəf kimi bir çox kritik vəzifəni yerinə yetirə biləcək.

Əsas xüsusiyyəti isə saxta hədəf vəzifəsinin icrası olacaq. Yəni, düşmənin hava hücumundan müdafiə (HHM) sisteminin radarında “saxta təyyarə” görüntüsü yaradacaq və həmin HHM sistemlərinin yeri müəyyənləşəcək.

Hazırda dronların sınaq müddəti davam edir. “Supersonik” hədəf dronunun “Anka” və Aksunqur” PUA-larından buraxılacağı bildirilir.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …