Türkiyә Prezidenti Әrdoğan Yunanıstanın təxribatlarını açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Yunanıstanın təxribatlarından danışarkən deyib: “Türkiyə Yunanıstanla müharibəyə başlamağı planlaşdırmır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda verdiyi açıqlamada Yunanıstan ilә yaşanan gәrginliyi qiymәtlәndirib.

Ərdoğan qeyd edib ki, Türkiyə Yunanıstanla müharibəyə başlamağı planlaşdırmır. Yunanıstan öz sözünün üzәrindә durmur. Problem buradadır.

“Onlar 147 dәfә Türkiyәnin hava mәkanını pozub. Yunanıstan bunu etmәyә davam edәrsә biz dә üzәrimizә düşәni edәcәyik’’,-deyә Türkiyә Prezidenti vurğulayıb.

Qara dәniz üzәrindәn açılması planlaşdırılan taxıl dәhlizi mәsәlәsinә dә toxunan Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Dostlarımız cənab Vladimir Putin və cənab Volodimir Zelenski ilə danışıqlar aparacaq. Biz vasitəçi kimi  çәtinlik yaşayan ölkәlәrә buğda, arpa, günəbaxan göndərə bilərik. 20-yə yaxın gəmimiz oradadır vә  hər an yola düşməyə hazırdır” .

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …