Çərşənbə , Mart 12 2025
azfa

Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı Fransaya xəbərdarlıq etdi

GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Fransaya məxsus döyüş təyyarəsinin Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanını pozmasına təpki göstərib.

Qurum Fransanın bölgədəki fəaliyyətlərinin yaxından izlənildiyini bildirib.

“Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı gəlişməni yaxından izləyirik. Bildirmək istərdik ki, bölgədə Fransaya aid uçuşlar da yaxından izlənilir və koordinasiya edilir.

Sözügedən hadisə ilə bağlı Fransa hərbi attaşesi nazirliyimizə dəvət edilib və bölgə ilə bağlı həssaslıqlarımız çatdırılıb. Rabitə kanalları açıq saxlanılır və fransalı həmkarlarımızla lazımi qiymətləndirmələr aparılır.

Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək, beynəlxalq hüquqa zidd olaraq həyata keçirilən bütün fəaliyyətlərə qarşı hüquq və maraqlarını qorumaq üçün lazımi hərbi-siyasi tədbirləri görməyə davam edirik. Keçmişdə olduğu kimi, bu gün də, sabah da zəmanət və müttəfiqlik müqavilələri çərçivəsində Kipr türklərinin təhlükəsizliyi, sülhü və rifahı üçün nəyin bahasına olur-olsun lazımi tədbirləri görməyə davam edəcəyik”, – bəyanatda belə deyilir.

Həmçinin yoxlayın

Azərbaycanın müxtəlif şəhərlərində telekommunikasiya təqaüdçüləri yenidən aksiya keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün, çərşənbə axşamı telekommunikasiya təqaüdçüləri yenidən Azərbaycanın …

NATO Avropa Birliyinin təhlükəsizliyinin Türkiyədən asılığı olduğuna etiraf etdi

GADTB: NATO ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və Avropa ölkələri üçün təhlükəsizlik zəmanətlərini …