GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Turkish Aircraft Industries” şirkəti PUA ANKA-3-ü nümayiş etdirib.
Bu barədə “Drive” portalı məlumat yayıb.
Məlumata görə, ölçülərinə görə yüngül qırıcı ilə müqayisə oluna bilən bu təyyarə zərbələr, müşahidə missiyaları və elektron müharibədə istifadə üçün nəzərdə tutulub:
“Dronun digər vəzifələri hava hücumundan müdafiə sistemlərinin sıxışdırılması və məhv edilməsidir. Təkmühərrikli ANKA-3-ün Türkiyənin qabaqcıl gizli qırıcı TF-X ilə birlikdə istifadəsi planlaşdırılır. Sistemlər və döyüş sursatları həm dronun daxili bölməsində, həm də xarici asılqanlarda yerləşdirilə bilər.
Sınaq nəticələrinə əsasən ANKA-3 havaqəbuledicinin konstruksiyası dəyişdirilə bilər”.