Şənbə , Aprel 20 2024
azfa

“Türkmənçay sülh müqaviləsi-190: tarixi həqiqətlərin izi ilə” mövzusunda konfrans keçirilib

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, konfrans prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə baş tutub.

Konfransda Fransa, Rusiya, Moldova və Gürcüstandan olan tarixçi alimlər iştirak edib.

Filologiya üzrə fəlsəfə doktoru Şəlalə Həsənova bildirib ki, konfransın mahiyyəti çox önəmlidir: “Bu sırf elmi konfransdır. Türkmənçay sülh müqaviləsi ilə Azərbaycan torpaqlarının iki yerə bölünməsi rəsmiləşdi. Tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasına başlanıldı. Nə yaxşı ki, biz assimilyasiya olmadıq, milli varlığımızı qoruya bildik. Konfransdakı çıxışlardan ibarət toplu nəşr olunacaq”.

“Türkmənçay sülh müqaviləsi erməni etnosu tarixinin başlanğıc nöqtəsi kimi” adlı paneldə çıxış edən professor Namiq Əliyev deyib ki, Türkmənçay sülh müqaviləsi 1826-cı il II Rusiya – İran müharibəsinin məntiqi nəticəsi idi: “Bu müharibə zamanı İrəvanda yaşayan azsaylı ermənilərin satqınlığı üzə çıxdı. İrəvan xanı təslim olmaq istəməsə də, ermənilər şəhərin şimal qapılarını rus qüvvələrinin üzünə açdılar. Rusiya İranı məğlub etdi və 1828-ci il fevralın 10-u Təbrizdən 50 kilometr aralıda Türkmənçay kəndində sülh müqaviləsi imzalandı. Beləliklə bir növ Gülüstan sülh müqaviləsinə xitam verildi. Naxçıvan və İrəvan xanlıqları da çar Rusiyasına birləşdirildi”.

Tarix üzrə fəlsəfə doktoru, Rusiya Sosial və İdarəetmə Konsaltinqi üzrə Ali Məktəbin Elmi İş üzrə prorektoru Oleq Kuznetsov “1828-ci ildə Türkmənçay sülh müqaviləsinin müddəalarına uyğun olaraq, Rusiya İmperatorluğu Administrasiyasının Qafqazda immiqrasiya siyasətinin əsas prinsipləri” mövzusunda məruzə ilə çıxış edib.

O qeyd edib ki, Türkmənçay sülh müqaviləsi hüquqi müstəvidə yeniliklərə gətirib çıxarmalı idi: “Sülh müqaviləsi ilə iki ölkə arasında yeni bir tarixi səhifə açılıb demək düzgün olmaz. Bunu unutmaq olmaz ki, İran Böyük Britaniyadan asılı idi. Yəni İranın Rusiyaya qarşı apardığı müharibəni Böyük Britaniya dəstəkləyirdi. İran Britaniyanın əlində marionetə çevrilmişdi”.

  1. Kuznetsovun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasından sonra Rusiya yalnız ermənilərin Cənubi Qafqaza köçürülməsində maraqlı olmayıb, bununla bərabər, aysorlar da Gürcüstan ərazisinə köçürülüb.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb. Güney Azərbaycan Mili Hərəkatının fəallarından …

Bir cavab yazın