Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ukrayna bir gündə Rusların 7 təyyarəsini vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Müdafiə Nazirliyi Rusiyanın itkilərilə bağlı son məlumatı açıqlayıb.

Son sutkada Rusiyanın 7 hərbi təyyarəsi, 1 helikopteri, 1 pilotsuz uçuş aparatı, 2 raketi məhv edilib.

Məlumatda müharibənin 29-cu günü olduğu xatırladılıb:

“Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib. Qoşun qruplarımız rusların qarşısını alır, ərazi müdafiə tapşırıqlarını yerinə yetirir. Rus təyyarələri havadan zərbələr endirməyə davam edir. Son 24 saatda 250-dən çox təyyarə uçuşu qeydə alınıb. Onların əsas hədəfləri Kiyev, Çerniqov və Xarkov vilayətlərindəki hərbi və mülki obyektlərdir”.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …