Ukrayna Rusiyanın 25100-dən çox hərbçisini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1122 tankı, 2713 zirehli döyüş maşını, 509 artilleriya sistemi, 172 reaktiv yaylım atəşi sistemi, 84 havadan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 155 helikopteri, 1934 avtomobil texnikası və yanacaq çəni, 11 gəmi/kateri, 341 dronu, 38 xüsusi avadanlığı, 90 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 25100-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …