Bazar ertəsi , May 25 2026
azfa

Ukrayna Rusiyanın itkiləri açıqlandı; Rusiya ordusu tədricən məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 156-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 40500 hərbçi, 1 749 ədəd tank, 3 987 ədəd zirehli döyüş maşını, 900 ədəd artilleriya sistemi, 258 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 117 hava hücumundan müdafiə sistemi, 222 ədəd hərbi təyyarə, 190 ədəd helikopter, 2 870 ədəd avtomobil texnikası, 731 ədəd PUA, 174 qanadlı raket, 15 gəmi/qayıq, 77 xüsusi avadanlıq itirib.

Bu arada isə Britaniya müdafiə naziri Ben Uolles deyib ki, Ukraynadakı rus qoşunları çox çətin vəziyyətdədir. Rusiya prezidenti Vladimir Putinin strategiyası qoşunlarını ətçəkən maşından keçirməyə bənzəyir.

Onun sözlərinə görə, bütün hallarda Rusiya məqsədlərinə çatmamış vəziyyətdədir:

“Rusiya əlbəttə ki, ölkəni işğal etmək iqtidarında deyil. Onlar getdikcə ayrı-seçkilik etmədən öldürməyə və məhv etməyə davam edə bilərlər, lakin bu, qələbə deyil. Putin bütün Ukraynanı işğal etmək, Kiyev və Odessanı ələ keçirmək istəyini dəyişməyib, amma onun ordusu faktiki olaraq böyük itkilərlə iflic vəziyyətinə düşüb. 25 mindən çox ölü. Bəlkə də iki dəfədən çox yaralı var”. 

Həmçinin yoxlayın

Yol qəzasında həlak olan Təbrizdəki Azərbaycan konsulunun cənazəsi Azərbaycana gətirilib

GADTB: Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat …

CBS: Müctəba Xameneinin gizlənməsi ABŞ-la mümkün razılaşma prosesini ləngidir

GADTB: CBS telekanalı ABŞ hökumətindəki “mövzu ilə tanış rəsmilər”ə istinadən yayımladığı hesabatda bildirib ki, Müctəba …