Cümə , İyun 20 2025
azfa

Ukrayna Rusiyanın yeni itkilərini açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna rus ordusunun itkiləri ilə bağlı məlumatı yeniləyib.

Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

 “Ukraynaya qarşı genişmiqyaslı hücum başlayandan gündən bəri rus ordusunun 12 mindən çox əsgəri, 374 tankı, 1226 zirehli döyüş maşını, 140 artilleriya sistemi, 34 hava hücumundan müdafiə sistemi, 74 təyyarəsi, 86 helikopteri, 600 hərbi avtomobili və 7 ədəd pilotsuz təyyarəsi, 62 reaktiv yaylım atəş sistemi məhv edilib”, – məlumatda bildirilib.

Rusiyanın Ukrayna ərazisində törətdiyi 1700-dən çox hərbi cinayət araşdırılır. Bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova bildirib.

“Prokurorluq bizim ərazimizdə Rusiyanın hər bir hərbi cinayətini qeydə alır. Hazırda 1717 cinayət işi araşdırılır”, – o qeyd edib.

Onun sözlərinə görə, araşdırılan işlərdən 1059-u müharibə qaydalarının pozulması, 658-i isə digər cinayətlərə aiddir.

Həmçinin yoxlayın

İsrail Güney Türkmənistanın Ağqala bölgəsində hərbi təyinatlı zavodu vurdu

GADTB: İsrail Hərbi Hava Qüvvələri Türkmənistanın Ağqala bölgəsində bölgəsində hərbi təyinatlı obyektə hava hücumu edib. …

İsrail Ərdəbil və Təbrizdə molla rejimin bazalarını vurub – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bü gün səhər saat 5-də İsrail Ərdəbil bölgəsində …