Şənbə , Yanvar 17 2026
azfa

Ukrayna və Türkiyə birgə hərbi təyyarə istehsal etmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın təyyarə istehsalçısı “Antonov” şirkəti və Türkiyənin “Turkish Aerospace Industries” kompaniyası birgə hərbi təyyarə istehsal etmək istəyir.

Turkustan.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Antonov”un baş menecer Oleksandr Los məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər “An-178” çoxməqsədli hərbi nəqliyyat təyyarəsinin istehsalı üzrə birgə təşəbbüs başlatmağı planlaşdırır.

Əməkdaşlığın yekun şərtləri və sənədləşmə işlərinin tamamlanması məqsədilə tezliklə Türkiyədən nümayəndə heyəti “Antonov”u ziyarət edəcək.

Həmçinin yoxlayın

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcək

GADTB: Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni …

İran etirazlarında ölənlərin sayı açıqlandı

GADTB: İranda 19 gündür davam edən etirazlarında öldürülən 2677 nəfərin kimliyi müəyyənləşdirilib. Bu barədə İran …

Bir cavab yazın