Cümə axşamı , Sentyabr 24 2026
azfa

Urmiya gölü ətrafından əkinçilər kütləvi köçə məcbur olur

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Urmiya gölü ətrafından əkinçilər kütləvi köçə məcbur olacaq. Göl ətrafında yerləşən kəndlər artıq əhalidən boşalır.

Bu barədə Təbrizin rejimin məclisindəki millət vəkili Əhməd Əlirzabeygi açıqlama verib.

Əlirzabeygi deyib: “Təəssüflər olsun ki, Urmiya Gölünü Bərpa Mərkəzinin gördüyü işlər göldə heç bir müsbət dəyişikliyə səbəb olmayıb, hətta yerli əhalinin məişət və taleyini nəzərə almadan fəaliyyət göstərdiyi üçün bir sıra problemlər yaradıb”.

O deyib ki, Urmiya gölündə suyun səviyyəsinin bir neçə santimetr qalxması yağıntılarla bağlıdır və Bərpa Mərkəzinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Hər il payız və qış aylarında yağıntılarla əlaqədar göldə suyun səviyyəsi bir neçə santimetr qalxır. Lakin bu müvəqqətidir və yay aylarında yenidən buxarlanır.

Əlirzabeygi Urmiya gölü ətrafında əkinçiliklə bağlı yaranan maneələrə toxunaraq edib: “Bölgə əhalisinin fəaliyyətinə məhdudiyyət tətbiq olunarsa, onların məişət problemləri artacaq və nəticədə gündəlik işlərə üz tutub və ya şəhərlərə köçməli olacaqlar. Onların əksəriyyəti qonşu əyalətlərin şəhərlərində qeyri-rəsmi yaşayış məntəqələri və şəhər həndəvərində yaşamağa məcbur qalır.”

Əlirzabeygi yeni il üçün Urmiya gölünün bərpası üçün büdcə vəsaiti nəzərdə tutulmadığını bildirdi. Ayrılan büdcə vəsaiti bütün su hövzələri və gölməçələrə aiddir. Bu o deməkdir ki, gölün ayrıca büdcəsi yoxdur.

Qeyd edək ki, işğalçı fars rejim Azərbaycanla düşmənçilik zəminində Urmiya gölünü qəsdən qurudub. Bundan məqsəd isə Azərbaycanı xarabaya çevirməkdir.

 

 

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Bir cavab yazın