Cümə axşamı , İyun 25 2026
azfa

Urmiya gölünü qurudan İran Xəzər və körfəzdən farsların səhralarına su çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünü qurudan İran rejimi Xəzər və körfəzdən farsların bölgəsindəki səhralara su çəkir.

Bu məqsədlə İranın 2022-ci il dövlət büdcəsi layihəsində dövlətin Xəzər dənizi və Ərəb körfəzindən suyun ölkənin mərkəzi yaylasına nəqli üçün xüsusi büdcə ayırıb. Halbuki, İran dövlətinin Ətraf Mühitin Qorunması Təşkilatının sədri bu yaxınlarda açıq şəkildə bu planlara qarşı çıxmışdı.

İranın dövlət büdcəsi layihəsində qeyd olunub ki, içməli və sənaye müəssisələri üçün lazım olan suyun təmin edilməsi istiqamətində Xəzər dənizindən su çəkiləcək.

Qeyd edək ki, İran hökuməti farslar yaşayan bölgələrə suyun daşınması üçün işlər görüb büdcə ayırsa da, Güney Azərbaycanın incisi hesab edilən Urmiya gölünün qurudulmasının qarşısının alınması üçün heç bir büdcə ayırmayıb və tədbir görməyib.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin anım tədbirində çıxış edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Tramp: Tehran Hörmüz boğazından keçən gəmilərdən pul alsa, danışıqlar dərhal başa çatacaq

GADTB: ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, İran İslam Respublikası …