Urmiya Gölünün Bərpası Qərargahına Nəzarət Heyətinin üzvləri seçilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünü qəsdən qurudan İran rejimi Urmiya Gölünün Bərpası Qərargahına Nəzarət Heyətinə üzvləri müəyyən edib.

İran məclisində keçirilən səsvermədə Təbrizin millət vəkili Ruhullah Mütəfəkkir Azad Araşdırma Heyətinin sədr, Soyuqbulaq (Mahabad) şəhərindən Urmiya gölünün bərpasına qarşı olan kürd deputat Calal Mahmudzadə isə birinci müavin seçilib.

Tehrandan deputat Süməyyə Rəfii birinci katib, Şəbistərdən millət vəkili Cəfər Rasti və Urmiyada millət vəkili Ruhullah Həzrətpur ikinci katib, Tehran millət vəkili Süməyyə Rəfii biriunci katib, Urmudan Vəhid Calalzadə isə sözçü təyin edilib. Həmçinin daha 9 millət vəkili heyətə üzv seçilib.

Araşdırma Heyətinin bu günə qədər Urmiya gölünün bərpası üçün ayrılan vəsaitlərin məbləği, onların hara və necə xərclənməsi, aparılan işlərin necəliyi, bərpa qərargahının podratçı şirkətlər və şəxslərlə apardığı fəaliyyətlər və s. məsələləri araşdıracaq.

Qeyd edək ki, irqçi fars rejim qəsdən Urmiya gölünə axan çayların qarşısında bənd tikməklə gölü qurudub. Əhalinin etirtazından sonra isə gölün bərpasına söz versə də, öz sözünü tutmayıb və əksinə farsların ərazisində çöllərə Xəzər və Körfəzdən yüksək büdcə ilə su çəkib.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …