Çərşənbə axşamı , May 19 2026
azfa

Urmiya gölünün peyk görüntüsü; Buludlar göldən yan keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, NASA-nın  dünın yaydığı Urmiya gölünün son görüntüsü göstərir ki, buludlar gölün üstündən yox, ətrafından keçir.

NASA-nın  paylaşdığı bu görüntülər isə narahatedici bir faktı üzə çıxarıb. Molla rejimin gölü qurutması nəticəsində buludlar Urmiya gölündən yan keçir. Bu da gölə yağıntı düşməməsi deməkdir.

Şərqi Azərbaycan Əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlər Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri, ətraf mühit fəalı Dr. Əhməd Baybordi bu barədə öz sosial media hesabında yazıb: “İndiyə qədər yağıntıların olmaması ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülüb, bütün bunları nəzərə almağa dəyər, lakin dəqiq olan odur ki, gölün quruması bu dəyişikliklərin əsas səbəbidir. Biz ətraf mühitin rütubətini artırmağa diqqət yetirməliyik.”

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …