Bazar , Oktyabr 25 2026
azfa

Urmiya gölünün qurudulması Güney Azərbaycanda su qıtılına səbəb oldu

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Qərbi Azərbaycanda su bəndlərinin su ehtiyatı 13 faiz azalıb. Bu barədə Qərbi Azərbaycan vilayəti Su Şirkətinin icraçı müdiri Kiyumərs Daneşcu açıqlama verib.

Daneşcu qeyd edib ki, Bukan su bəndində suyun həcmi 289 kubmetrdən 208 kubmetrə düşüb. Bu isə yaxşı hal deyil.

Daneşcu həmçinin qeyd edib ki, ümumiyyətlə vilayətin su bəndlərinin su ehtiyatı 816 kubmetrdən 746 kubmetrə çatıb. Yaxın gələcəkdə isə ciddi su böhranı yaşanacaq.

Qeyd edək ki, irqçi fars rejimi Urmiya gölünü qurutmaqla Güney Azərbaycanı ekoloji fəlakətlə qarşı-qarşıya qoyub. Belə ki, peykdən çəkilən şəkillər də sübut edib ki, gölün qurudulması nəticəsində Urmiya gölünə və onun ətrafına yağıntı kəskin azalıb. Bu da Azərbaycanda ekoloji fəlakətlə yanaşı su qıtlığına gətirib çıxarır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın